"Cavid Hüseynov inandığımız futbolçudur, amma ..."

29 Aprel 2021 20:20 Qəbələ 908
"Cavid Hüseynov inandığımız futbolçudur, amma ..."

"Hələ heç kimə təklif olunmayıb. Futbolçularla danışıq aparılmayıb. Olanda büdcəyə uyğun söhbət aparılacaq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Gənc mütəxəssis hazırda bütün fikirlərini qarşıdakı oyunlara yönəltdiklərini bildirib: "Hələ qarşıda 4 oyunumuz var. Həmin oyunları fikirləşirik. Çalışırıq hamıya şans verək. İndi qalır kimlərin bu şansı dəyərləndirməsinə".

41 yaşlı mütəxəssis son zamanlar az şans qazanan təcrübəli futbolçusu Cavid Hüseynovun durumundan da danışıb: "Cavid Hüseynov inandığımız futbolçudur. Gərək daim üzərində işləsin, hərəkətdə olsun. İnanıram ki, Cavid öz performansını ən yüksək səviyyədə göstərib, meydanda olacaq".

Digər Xəbərlər
Xəbər Lenti