İki legionerin "Qəbələ"ni tərk edəcəyi dəqiqləşdi

24 Aprel 2021 16:00 Qəbələ 821
İki legionerin "Qəbələ"ni tərk edəcəyi dəqiqləşdi

«Qəbələ»nin mövsümün sonunda vidalaşacağı legionerlərdən ikisinin adına aydınlıq gəlib.

Sportinfo.az-ın məlumatına görə, bunlar müqaviləsi bitmək üzrə olan Nikolas Raysellə Ceyms Adeniyedir.

Əyalət təmsilçisi onların qalmasında maraqlıdır, əslində. Sadəcə, tərəflərin maliyyə şərtləri arasında ciddi fərq mövcuddur. Nigeriyalı hücumçu ilə İsrail və Türkiyə klubları yaxından maraqlanır.

«Qırmızı-qaralar» afrikalı legioneri hələ qış fasiləsində «əlindən çıxarmaq» istəyirdi. Gəl ki, klubun 100 min dollarlıq təzminat tələbini ödəyən tapılmadı. İstər «Neftçi», istərsə də ölkə xaricindən olan müştəriflər tərəfindən.

Rayselə gəlincə, Sloveniya əsilli fransız hücumçu əvvəlki şərtlərlə burada qalmağa tərəfdar deyil. İndi onun daha real təklifləri var. «Neftçi», «Sabah» və «Zirə» sözügedən legionerin xidmətində maraqlıdır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı