"Sumqayıt" dördüncülüyü qarantiləməklə kifayətlənmək istəmir

18 Aprel 2021 17:40 Qəbələ 955
"Sumqayıt" dördüncülüyü qarantiləməklə kifayətlənmək istəmir

Azərbaycan çempionatında belə hallara az rast gəlinir.

"Qarabağ" çoxdandır Bakıda məskunlaşıb. Azad olunmuş Ağdama qayıtmasını azarkeşlər səbirsizliklə gözləyir.

Sumqayıt Abşeronda yerləşsə də, bu tur iki bölgə klubu bir-biri ilə qarşılaşırdı. Finişə yaxınlaşdıqca, 4-cü yer uğrunda açar qarşılaşmalardan bir idi.

Çempionat başlayanda "Qəbələ" qarşısında avrokuboklara çıxmaq vəzifəsi qoymamışdı. Klubun yaşayacağı sual altında idi. Avropada səs-soraq saldığı imkanlı günləri keçmişdə qalıb.

"Qəbələ"nin turnir cədvəlindəki mövqeyi Elmar Baxşıyevin məşqçilik iddiasının nəticəsidir. Komanda sonda indiki pilləni qoruyub saxlasa, "Sabah", "Keşlə"ylə müqayisədə yenə də gənc məşqçinin aktivinə yazılacaq.

Daha artığını etmək üçün "Qəbələ" Sumqayıta iddialı yolllanmışdı. Bu gün komandada bir çox futbolçunun yerini doldurmaq olar, yuxarı-aşağı eyni səviyyədədirlər.

Ceyms Adeniyinin yoxluğunu kompensasiya etmək isə çətindir, bəlkə də indiki halda mümkün deyil. "Qəbələ"nin hücum potensialı Adeniyisiz minimuma ensə də, baş məşqçi komandasını qələbəyə kökləmişdi.

Start fitindən açıq futbol, mövqe savaşı, futbolçuların meydanda hər qarış uğrunda mübarizəsi gedirdi. Turun ilk gününü şanssız zədələr günü adlandırmaq olar. Sumqayıtdakı matç da istisna olmadı. Futbolçular bir-bir sıradan çıxırdı.

Həmişəcavan və qaş-qabaqsız, amma həyacanı üzündən oxunan Ayxan Abbasov qarşılaşmaya yaradıcı yanaşmışdı. Əsas heyətdə ilk dəqiqələrdən Rəhim Sadıqovla yanaşı, təcrübəli Elvin Məmmədova güvənilmişdi.

Tovuz futbol məktəbinin yetirməsi ümidləri artıqlaması ilə doğrultdu. Yaşına uyğun olmayaraq meydanın hər yerində görünür, ikili mübarizələrdən çəkinmir, bir çoxundan qalib ayrılırdı.

Elvin-Rəhim duetilə yanaşı, Süleyman Əhmədov, Xəyal Nəcəfov, Əli Qurbani, hücumlara aktiv dəstək verən Tellurla bərabər, Vüqar Mustafayevin də dəstəyilə hücumda kreativ, yaradıcı oyuna üstünlük verilirdi.

Əsasən də ikinci yarıda "Sumqayıt" daha baxımlı futbol sərgilədi. Bunun mükafatı Rəhim Sadıqovun mükəmməl zərbəsi oldu.

Bu qol, yəqin ki, çempionatın ən yaxşısı adına layiqdir. Əli Qurbaninin vurduğu qol isə "Sumqayıt"ın oyunun sonluğunu daha inamla keçirməsinə şərait yaratdı.

Elmar Baxşıyev dəyişikliklərə əl atıb oyunu dəyişmək istəsə də, irəli ucda güvəndmkləri Vurğun Hüseynovun rəhbərlik etdiyi müdafiə xəttini yara bilmədi. "Sumqayıt" dördüncülüyü qarantiləməklə kifayətlənmədi, üçüncü sıranı da "Zirə"dən aldı.

"Sumqayıt" və "Zirə" kubokda da yollarını davam edir. Baş məşqçilərin seytnot vəziyyətdə bacarıqları qarşıdakı kubok və çempionat oyunlarında bilinəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"