"Hondanın zərbələrini qaytarmaq elə də çətin olmadı"

15 Aprel 2021 11:40 Qəbələ 1 022
"Hondanın zərbələrini qaytarmaq elə də çətin olmadı"

"Honda kimi futbolçunun ölkəmizə gəlməsi yaxşı haldır".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin qapıçısı Anar Nəzirov deyib.

Kapitan "Neftçi"nin yaponiyalı yarımmüdafiəçisi Keyseku Honda ilə 2 aylıq müqavilə bağlamasına münasibət bildirib: "Çoxu kənardan deyir ki, Honda meydanda gəzir.

Amma futbolu dərindən bilən insanlar bilir ki, onun doğru mövqe seçimi və verdiyi ötürmələr oyunun taleyini hər an həll edə bilər. Bizə qarşı görüşdə də öz səviyyəsini bir neçə dəfə göstərdi.

Bir neçə topunu qaytardım. Bu, mənim borcum idi. Hər bir topu qaytarmaq çətindir. Amma açığı, Hondanın zərbələrini dəf etmək elə də çətin olmadı. İnanıram ki, "Neftçi"yə köməyi dəyəcək".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti