"İmkanım olsaydı, özüm vurardım" – VİDEO+FOTOREPORTAJ

6 Aprel 2021 09:20 Qəbələ 624
"İmkanım olsaydı, özüm vurardım" – VİDEO+FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə başa çatıb.

Sportinfo.az xəbər verir ki, “Qəbələ” səfərdə “Sabah”la qarşılaşıb.

“Qırmızı-qaralar” səfər matçına ötən turla müqayisədə üç dəyişikliklə çıxıb. Yusif Nəbiyev, Merab Qiqauri və İdris İnqilablı start “11-liy”ində yer alıb. Onlar Ehtiram Şahverdiyev, Cavid Hüseynov və Rüfət Əhmədovu əvəzləyib.

Görüş Bakıdakı “Bank Respublika Arena” stadionunda təşkil olunub. Komandalar ilk dəqiqələrdən qarşılıqlı hücumlara üstünlük verib.

Hər iki tərəf rəqib qapısı önündə təhlükəli vəziyyətlər yaratmağa müvəffəq olub. Lakin hesab yalnız fasilə ərəfəsində açılıb. Paytaxt təmsilçisi uzatma dəqiqəsində qol sevinci yaşayıb.

Qarşılaşmanın ikinci hissəsində də oyunun ssenarisi dəyişməyib. Rəqiblər sürətli hücumlarla rəqib qapısı önündə təhlükəli vəziyyətlər yaradıb. Lakin hər iki komandanın müdafiə xətti etibarlı oyunu diqqət çəkib.

Bir neçə epizodda isə qapıçıların hesabın dəyişməsinə mane olub. Beləliklə, ilk yarıda vurulan qol meydan sahiblərinə minimalhesablı qələbə qazandırıb. “Qəbələ” isə paytaxtdan xalsız dönüb.

"Sabah" sonuncu yerdə olsa da, heyətində keyfiyyətli futbolçular var. Ümumi düşündüyümüz kimi komandanı ağır oyuna hazırlayırdıq" - Bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib.

"Komanda bu gün verilən tapşırığı yerinə yetirmək üçün maksumum çalışırdı. 90 dəqiqə komanda hücum edir, bu, mənim istəyimdir. Baxmayaraq ki, məğlub olmuşuq, komandanın oyunundan razı qaldım".

Baxşıyev son nöqtəni qoya bilmədiklərindən söhbət açıb: "İmkanım olsaydı gedib özüm qol vurardım. Amma mən kənardayam.

Yənə deyirəm, yaxşı futbolçularımız çoxdur, şanssızlıq, bəzən adi stress vəziyyətində hücumu tamamlaya bilmirik. Oyun ərzində hücum etdik, çoxsaylı hücumlar yaratdıq. Bunu yaratmaq özü güc tələb edir. Planlı şəkildə hücuma çıxırıq, tamamlaya bilmirik".

O, eyni zamanda məğlubiyyətdə özünü günahkar sayıb: "Komanda uduzubsa, ilk növbədə məsuliyyəti daşıyan məşqçidir, amma komandanın oyun planında problem görmürəm, epizodları həmişə dəyərləndirə bilmirik".

“Sabah” – “Qəbələ” 1:0

“Bank Respublika Arena”, tamaşaçısız

Baş hakim: Rəhim Həsənov

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Eyyub İbrahimov

Dördüncü hakim: Kamranbəy Rəhimov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Sarı vərəqələr: Mario Marina, 30 (qeyri-idman hərəkəti); Aleksey İsayev, 35 (qeyri-idman hərəkəti); Filip İvanoviç, 67 (qeyri-idman hərəkəti); Bəhlul Mustafazadə, 84 (qeyri-idman hərəkəti) // Rüfət Əhmədov, 27 (qeyri-idman hərəkəti); Ehtiram Şahverdiyev, 90+1 (qeyri-idman hərəkəti); Murad Musayev, 90+1 (hakimin qərarına etiraz); Anar Nəzirov, 90+2 (hakimin qərarına etiraz); Asif Məmmədov, 90+4 (qeyri-idman hərəkəti)

Qol: Ramil Şeydayev, 45+1

Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 6 dəq.

“Sabah”

1. Saşa Stamenkoviç

19. Təmkin Xəlilzadə

4. Bəhlul Mustafazadə (k)

90. Ramil Şeydayev

10. Aleksey İsayev

13. Filip İvanoviç

28. Kevin Kubemba

(26. Fofana Tiemoko, 75)

30. Mario Marina

(48. Dmitro Klots, 81)

9. Xulio Sezar Rodriqez

(23. Amadu Diallo, 67)

3. Zurab Oçiqava

6. Şakir Seyidov

Ehtiyat oyunçular:

12. Alvaro Villete

94. Nicat Mehbalıyev

7. Coşqun Diniyev

15. Ruslan Abışov

17. Məhəmməd Mirzəbəyov

14. Slavik Alxasov

2. Amin Seydiyev

33. Camal Cəfərov

77. Veysəl Rzayev

Baş məşqçi: Ramin Quliyev

“Qəbələ”

1. Anar Nəzirov (k)

11. Asif Məmmədov

28. Murad Musayev

9. Ehtiram Şahverdiyev

14. Cavid Hüseynov

(10. Rövlan Muradov, 63)

99. Ceyms Adeniyi

(74. Yusif Nəbiyev, 87)

32. Nikolas Raysel

(70. Ülvi İsgəndərov, 46)

26. Stefan Vukçeviç

2. Vinko Medimoreç

23. Rafael Utriq

71. Rüfət Əhmədov

Ehtiyat oyunçular:

94. Tərlan Əhmədli

5. Rasim Ramaldanov

4. Sadiq Quliyev

7. Roman Hüseynov

6. Kamal Mirzəyev

17. Yaovi Akakpo

20. Faiq Hacıyev

55. İdris İnqilablı

Baş məşqçi: Elmar Baxşıyev

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda