“Qəbələ”dən söz dedi: “Çox sağ olsunlar, məni dirçəltdilər”

30 Mart 2021 20:20 Qəbələ 798
“Qəbələ”dən söz dedi: “Çox sağ olsunlar, məni dirçəltdilər”

"Qəbələ"yə gələndə zədəm vardı.

Bir az normal olduğum üçün məşqlərə qoşuldum, gördüm ki, əvvəlki ağrılar qayıdır.

Məşqçilər məsləhət elədilər ki, məşqləri saxlayım. Mən də məşqləri saxlayıb, müalicəyə davam etdim".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin yarımmüdafiəçisi Kamal Bayramov deyib.

Təcrübəli futbolçu ağır zədədən qayıtdığını bildirib: "2 həftə olar məşqlərə başlamışam. Oynamağım mümkün deyildi.

Zədəmi millinin baş həkimi və öz həkimlərimiz bərabər müalicə edirdi. Çox sağ olsunlar, məni dirçəltdilər. Bu zədə ilə əyilmək, hərəkət eləmək imkansız idi.

İndi 80-85% hazıram. Şükürlər olsun ki, artıq yoldaşlıq oyunlarına çıxdım. Elmar müəllim dedi ki, özünə gəlmisənsə oynamağını istəyirik.

Yoldaşlıq görüşlərində iştirak etməyim yaxşı oldu. Qarşıdakı turlarda da yaxşı olsam yəqin ki, məşqçilər meydana buraxacaqlar".

Kamal uzun müddət meydandan kənarda qalmağın fəsadlarından da söz açıb: "Özümü yaxşı hiss edirəm. Amma 6-7 ay oynamamağın təsiri istər-istəməz var.

Bir az çəki problemi yaranır. Oyun praktikasının yoxluğu hiss olunur. Meydanda düşündüklərimi eləməkdə gecikmə olur. Məşqlərdə onu da aradan qaldırmağa çalışıram".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda