"Qəbələ" "Zirə"ni uddu

26 Mart 2021 19:40 Qəbələ 677
"Qəbələ" "Zirə"ni uddu

Bu gün “Qəbələ” yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, milli komandaların görüşləri ilə əlaqədar yaranan fasilə dövründə ilk sınağına çıxan “qırmızı-qaralar” “Zirə” ilə üz-üzə gəlib.

Bakıdakı “Azersun Arena”da keçirilən matçda "Qəbələ" 2:1 hesabı ilə qalib gəlib.

“Qəbələ” növbəti yoxlama oyununu martın 29-da Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasına qarşı keçirəcək.

26 mart

“Zirə” – “Qəbələ” – 1:2
Qollar:
Tamerlan Burcəliyev, 87 - Mehrac Baxşalı, 70, Emil Səfərov, 90+1

Digər Xəbərlər
Xəbər Lenti