"Qəbələ"nin "Zirə" ilə oyununun vaxtı niyə dəyişdirildi?

24 Mart 2021 23:00 Qəbələ 678
"Qəbələ"nin "Zirə" ilə oyununun vaxtı niyə dəyişdirildi?

“Qəbələ” Azərbaycan Premyer Liqasında yaranan fasilə dövründə hazırlıqlarını davam etdirir.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” milli komandaların oyunları ilə əlaqədar olan fasilədə Bakıda məşq keçir.

Elmar Baxşıyevin komandası hazırlıqlarını Bakı Olimpiya Stadionunda gerçəkləşdirir.

Gündə iki dəfə məşq keçən komandanın məşqlərində yalnız Azərbaycanın U-21 yığmasına çağırılan Rüfət Əhmədov iştirak etmir. “Qırmızı-qaralar”ın hazırlıq prosesinə klubun futbol akademiyasının 5 gənc oyunçusu da qatılıb.

“Qəbələ”nın hazırlıq prosesində keçirəcəyi yoxlama oyunlarının yeri və vaxtında bəzi dəyişikliklər olub. “Zirə” ilə qarşılaşma martın 26-da keçiriləcək.

“Azersun Arena” stadionundakı matç saat 17:00-da başlayacaq. Azərbaycanın U-21 yığması ilə üç gün sonra keçiriləcək qarşılaşma “Bakcell Arena”da təşkil olunacaq. Görüş saat 16:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti