"İnanmıram ki, nəsə sıxıntımız olsun, bundan da artığını edə bilərik"

24 Mart 2021 09:40 Qəbələ 1 078
"İnanmıram ki, nəsə sıxıntımız olsun, bundan da artığını edə bilərik"

"Premyer Liqada yaranmış fasilənin ziyanımıza işlədiyini düşünmürük".

Bu sözləri Sportinfo.az-a açıqlamasıında "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib.

O, mövsümün final mərhələsinə ciddi hazırlaşdıqlarını bildirib:

"Tam tərkibdə Bakıda hazırlıq keçirik. Fasilə müddətində elə burada olacağıq. Ayın 26-da "Zirə", 29-da U-21 millisinə qarşı yoxlama görüşümüz olacaq.

Çempionatın əvvəlindən komanda oyun məzmunun saxlayır. Ötən müddətdə fasilələr çox olub, amma oyun baxımından çalışmışıq ki, eniş olmasın.

İnanmıram ki, oyun planında nəsə sıxıntımız olsun. Bundan da artığını edə bilərik. Komanda daha artığına qadirdir".

Digər Xəbərlər
Xəbər Lenti