Sabiq "Qəbələ"li yeni iş yerində

23 Mart 2021 21:20 Qəbələ 1 441
Sabiq "Qəbələ"li yeni iş yerində

“Qəbələ”nin sabiq məşqçisi Andrey Syominin yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, o, "Rotor"un məşqçilər heyətinə daxil olub.

Bu barədə Rusiya klubunun saytı məlumat yayıb. "Rotor" Rusiya Premyer Liqasında 18 xalla 13-cü pillədə qərarlaşıb.

A.Syominin son klubu "Lokomotiv" olub. O, 2013/14 mövsümündə "Qəbələ"nin baş məşqçisi olan atası Yuri Syominin köməkçisi vəzifəsində işləyib.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM