"Qırmızı“ səbəb - İspan müdafiəçi “Qarabağ”la oynamayacaq

27 Noyabr 2020 19:00 Qarabağ 417
"Qırmızı“ səbəb - İspan müdafiəçi “Qarabağ”la oynamayacaq

“Makkabi” “Qarabağ”la oyuna itki ilə çıxacaq.

Sportinfo.az xəbər verir ki, Təl-Əviv təmsilçisi Enrik Saboritin xidmətindən məhrum olub.

28 yaşlı ispaniyalı müdafiəçi cəzalı duruma düşüb. O, Avropa Liqasının qrup mərhələsinin V turunun “Qarabağ”la səfər matçını buraxacaq.

Buna IV turun “Vilyarreal”la ev oyununda (1:1) qırmızı vərəqə alması səbəb olub. 89-cu dəqiqədə meydanı tərk edən Saborit “Başakşəhər” Fatih Terim stadionunda baş tutacaq görüşdə komandasına kömək etməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti