“Biz mütləq yenidən dünya çempionatına ev sahibliyi etməliyik”

23 İyul 01:40 Dünya çempionatı 420
“Biz mütləq yenidən dünya çempionatına ev sahibliyi etməliyik”

ABŞ Prezidenti Donald Tramp ölkəsində keçirilən dünya çempionatını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, bu haqda “Clash Report” onun fikirlərini sitat gətirib.

“Bu, tarixin ən uğurlu Dünya Çempionatı idi. Hətta heç bir etiraz aksiyası da olmadı. Heç kim cinayət törətmədi”, - deyə Tramp bildirib.

Daha əvvəl Tramp ABŞ-nin 2038-ci ildə Dünya Çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürməyi planlaşdırdığını açıqlamışdı.

“Biz mütləq yenidən dünya çempionatına ev sahibliyi etməliyik. Özü də bunu mən hələ burada olmuşkən etməliyik. Bunu eşidirsənmi, Canni?" – deyə Tramp FİFA prezidenti Canni İnfantinoya müraciət edərək deyib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq