Fransalı üçün 60 milyon avroluq təklif hazırlayır - Premyer Liqa nəhəngi

22:20 İngiltərə 99
Fransalı üçün 60 milyon avroluq təklif hazırlayır - Premyer Liqa nəhəngi

“Mançester Yunayted” PSJ-nin yarımmüdafiəçisi Uorren Zair-Emeri ilə maraqlanır.

Sportinfo.az “Top Mercato”-ya istinadən xəbər verir ki, İngiltərə klubu Paris təmsilçisinin danışıqlara hazır olub-olmadığını öyrənmək üçün 20 yaşlı futbolçuya görə 60 milyon avroluq təklif hazırlayır.

Fransalı yarımmüdafiəçi “qırmızı şeytanlar”ın mərkəz xəttini gücləndirmək üçün əsas transfer hədəflərindən biridir.

Bununla belə, PSJ rəhbərliyi komandanın ən perspektivli futbolçularından biri hesab olunan Zair-Emerini satmaq niyyətində deyil.

Futbolçu ötən mövsüm bütün turnirlərdə 54 oyunda meydana çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə verib.

Onun PSJ ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. Anlaşmada müddətin daha bir il uzadılma bəndi də yer alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti