"Qarabağ" "Qalatasaray" və "Fənərbağça"dan öndə

23 Oktyabr 2020 16:56 Qarabağ 652
"Qarabağ" "Qalatasaray" və "Fənərbağça"dan öndə

Avrokuboklarda qrup mərhələsinin ilk turundan sonra klubların yeni reytinq cədvəli açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın ən yüksək göstəriciyə malik təmsilçisi "Qarabağ"dır.

Bu mövsüm aktivinə 3 xal əlavə edən Ağdam klubu ümumi 21,000 xalla qitənin 64-cüsüdü. "Atlılar" bu pilləni "Styaua" (Rumıniya) ilə bölüşür. Təmsilçimiz "Milan", PSV kimi komandalardan 1 xal geri qalır, eyni zamanda "Qalatasaray", "Fənərbağça", "Qlazqo" kimi kollektivlərdən öndə qərarlaşıb.

Azərbaycan klubları arasında ikinci ən yaxşı göstərici "Qəbələ"dədi. "Qırmızı-qaralar" 5,500 xalla 198-207-ci pillələri bölüşür. "Neftçi" isə 5,000 xalla 222-227-ci yerlərə şərikdi.

"Keşlə", "Sumqayıt", "Zirə", "Səbail" və "Kəpəz" də siyahıda yer alıb. 3,325 xalı olan bu komandalar (bu həm də ölkənin ümumi orta əmsalıdı) 301-305-ci pillələri bölüşdürür.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi