Onların hansı biri "Qarabağ"ın ürəyindən keçir? - VİDEO

21 Sentyabr 2020 19:45 Qarabağ 939
Onların hansı biri "Qarabağ"ın ürəyindən keçir? - VİDEO

“Qarabağ”ın avrokuboklardakı növbəti potensial rəqibləri müəyyənləşib.

Çempionlar Liqası ilə vidalaşan Qurban Qurbanovun komandası Avropa Liqasının pley-offunda mübarizə aparacaq.

Ağdam təmsilçisi III təsnifat mərhələsində üz-üzə gələcək “Legiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi ilə görüşəcək. “Qarabağ”ın potensial rəqibləri sentyabrın 24-də qarşılaşacaq.

Pley-offun qarşılaşmaları isə oktyabrın 1-də təşkil olunacaq. “Qarabağ” bir oyundan ibarət mərhələnin matçını səfərdə keçirəcək.

Avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qarabağ” Çempionlar Liqasında “Sileks”i (Şimali Makedoniya) 4:0, “Şerif”i (Moldova) 2:1 hesabı ilə məğlub edib, “Molde”yə (Norveç) qolsuz bitən görüşün penaltilər seriyasında uduzub – 5:6.

“Legiya”, yoxsa “Drita” – onların hansı biri Azərbaycan çempionuna münasibdir? Sportinfo.az bununla bağlı hazırlanmış videonu təqdim edir:

Digər Xəbərlər
Xəbər Lenti