"Molde"də "Qarabağ"la oyunun ən yaxşısı kim oldu?

17 Sentyabr 2020 19:40 Qarabağ 652
"Molde"də "Qarabağ"la oyunun ən yaxşısı kim oldu?

"Molde"nin Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirdiyi oyunun ən yaxşı futbolçusu müəyyənləşib.

Sporrtinfo.az xəbər verir ki, yerli mətbuat bu ada komandanın yarımmüdafiəçisi Stian Qregerseni layiq görüb.

3 aylıq zədədən sonra meydana qayıdan norveçli oyunçu dünənki qarşılaşmada özünü ən yaxşı tərəfdən göstərməyi bacarıb.

Sıralamada 2-ci yeri komandanın qapıçısı Andreas Linde tutub. Penaltilər seriyasında Bədavi Hüseynovun zərbəsini zərərsizləşdirən qolkiper komandasının pley-offa adlamasında əsas pay sahiblərindən biri olub. İlk "3-lüy"ü "Molde"nin digər yarımmüdafiəçisi Eyrik Hestad tamamlayıb.

Penaltilər seriyasında daha dəqiq oynayan (6:5) Norveç təmsilçisi Çempionlar Liqasının növbəti raundunda Macarıstan "Ferentsvaroş"u ilə üz-üzə gələcək. "Qarabağ" isə yoluna Avropa Liqasının pley-off mərhələsində davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Dekabr 18:10 Çək və bizə göndər!
17 Dekabr 03:50 Tanınmışlar Xankəndidə
17 Dekabr 03:40 Növbəti təyinat aldı