Transferinin baş tutması üçün “Qarabağ”a güzəştə getdi

2 İyul 2020 10:52 Qarabağ 1 237
Transferinin baş tutması üçün “Qarabağ”a güzəştə getdi

“Neftçi”dən ayrılan Donald Gerye yenidən “Qarabağ”a qayıdıb.

Sportinfo.az-ın məlumatına görə, müdafiəçi müqavilə şərtlərində Ağdam klubuna güzəştə gedib.

1+1 illik kontrakta razılıq verən Haiti millisinin üzvü köhnə-yeni komandasında “Neftçi”dən az qazanacaq. Onun “ağ-qaralar”la anlaşması 180 min dollar təşkil edirdisə, “Qarabağ”da bundan təqribən 30 min az alacaq.

Donald Gerye 2017-2019-cu illər ərzində də "Qarabağ"da çıxış edib. O, Ağdam təmsilçisindən ayrıldıqdan sonra "Neftçi"yə keçmişdi. Gerye "Qarabağ"la ikiqat Azərbaycan çempionu (2018, 2019) olub.

Digər Xəbərlər
Xəbər Lenti