
Rusiya mətbuatı Ayaz Quliyevin “Spartak”dan ayrıla biləcəyi ilə bağlı bugünlərdə yeni xəbər yayıb.
“Sports.ru” saytının bildirdiyinə görə, ötən ilin yanvarında “Rostov“dan qayıdan yarımmüdafiəçinin çıxışı baş məşqçi Domene Tedeskonu qane etmir.
O, italiyalı mütəxəssisin rəhbərliyi altında cəmi 13 dəqiqə oynayıb. Ayazın tez-tez mövqe səhvləri etməsi və çox kobud oynaması baş məşqçini narahat edir.
23 yaşlı yarımmüdafiəçi keçirdiyi 21 matçda 12 dəfə sarı vərəqə ilə cəzalandırılıb. Klub rəhbərliyi isə Ayazı göndərməyi düşünür.
Ancaq futbolçunun “Spartak”dakı illik gəliri 1 milyon avrodur. Bu maaşı isə Rusiya Premyer Liqasında verə biləcək komanda olmadığı bildirilir. Bunun üçün də Moskva təmsilçisi futbolçunu icarəyə göndərməyə və onun maaşının bir hissəsini ödəməyə razı olduğu qeyd edilir.
Sportinfo.az-ın məlumatına görə, artıq menecerlər ona yeni klub tapmağa başlayıb. Quliyevin xidməti “Qarabağ“a da təklif olunub. qurban Qurbanovun əslən azərbaycanlı futbolçuya münasibəti müsibətdir.
Ayazı hələ millini çalışdırdığı dönəmdə sərəncamında görmək istəyən təcrübəli mütəxəssis indi hesab edir ki, o, “Qarabağ“a fayda vermək iqtidarındadır.
Bunun üçün sadəcə, maliyyə şərtlərində Moskva təmsilçisi ilə anlaşmaq gərəkdir. Azərbaycan çempionunun Ayazın icarəyə götürülməsi üçün ödəyə biləcəyi maksimum məbləğ 500 min dollar təşkil edir.
Quliyev neçə ildir ki, AFFA-nın diqqətindədir. Federasiya onu yığmaya cəlb etmək üçün bütün mümkün yollara baş vurub.
Emin Mahmudov və Ramil Şeydayevə millinin formasını geyindirməyə nail olan qurumun çoxsaylı cəhdlərinə baxmayaraq, hələlik adıçəkilən yarımmüdafiəçini razı salmaq cəhdləri boşa gedib.
Ayaz həmişə edib ki, bir gün gələcək, Rusiya millinindən dəvət alacaq. Yaşadığı ölkənin gənclər komandasının şərəfini qorumuş futbolçu, görünür ki, Aleksandr Səmədovdan nümunə götürmək istəyir.