Qurban Qurbanov yenə də qabağa gedir

25 Fevral 2020 11:48 Qarabağ 1 209
Qurban Qurbanov yenə də qabağa gedir

Dünyanın ən yaxşı 1000 futbol məşqçisinin reytinq siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan siyahıda yenə 1 nəfərlə təmsil olunub.

“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov 1054 xalla dünyanın 565-cisidir. 48 yaşlı mütəxəssis ötən siyahı ilə müqayisədə xal hesabını artırmasa da, 3 pillə irəliləyib.

Siyahıya “Liverpul”lu Yurgen Klopp başçılıq edir. Almaniyalı mütəxəssisin aktivində 15 min 727 xal var. “River Pleyt”in çalışdırıcısı Marselo Qalyardo bir pillə irəliləyərək, ikinci yerə yüksəlib (12816 xal). “Barselona”dan ayrıldıqdan sonra işsiz qalan Ernesto Valverde isə 12 min 666 xalla ilk “üçlüy”ü qapayır.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...