Qurban Qurbanov həm razı, həm də narazıdır

26 Yanvar 2020 00:56 Qarabağ 1 753
Qurban Qurbanov həm razı, həm də narazıdır

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Çexiyanın “Siqma” (1:3) və Polşanın “Visla” (2:3) klublarına qarşı keçirdikləri yoxlama oyunlarını şərh edib.

Sportinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bunları söyləyib:

“Bu gün iki oyun keçirdik. Məğlubiyyətə baxmayaraq, komandadan razı qaldım. Bütün futbolçular demək olar, 90 dəqiqə meydanda oldular.

Hər iki komanda bizim üçün çox yaxşı rəqib oldu. Yaxşı pressinq edib, mübarizə aparırdılar. Bu amillər toplantının sonlarında çox vacib idi.

Görüşlərdən və futbolçuların oyunlara yanaşmasından razı qaldım. Bundan əlavə, hazırlığımız pis keçmədi. Düzdü, son bir neçə gündə yorğunluq var idi.

Futbolçularda daha çox psixoloji yorğunluq hiss edilirdi. Hər bir futbolçu ən yaxşısını etməyə çalışdı. Hazırlıqdan razı qaldım. Hələ tam istədiyimiz performansda deyilik.

Düşünürəm ki, Bakıda bunun davamını mütləq gətirəcəyik. Çempionata daha da yaxşı hazırlaşmaq üçün bir həftəyə yaxın vaxtımız var. Bu imkandan çalışıb, maksimum istifadə edəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır