Qurban Qurbanov: "Bu məsələ təxminən 1 aya həll olunacaq"

7 Dekabr 2019 09:28 Qarabağ 720
Qurban Qurbanov: "Bu məsələ təxminən 1 aya həll olunacaq"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qapıçı Asmir Beqoviçin klubdakı taleyi haqda danışıb. Sportinfo.az xəbər verir ki, o, "Bornmut"dan dekabrın sonuna kimi icarəyə götürdükləri qolkiperin komandada qalmasını istədiyini deyib:

"İlin sonunda müqaviləsi başa çatır. Ancaq rəhbərliklə danışıq aparacağıq. Qalmasını istəyirik. Bizdən asılı olanı edəcəyik. İndi dəqiq cavab verə bilmərəm. Özü ilə danışmışıq, qalmaq istəyir. Bakını xoşlayır, komandaya qarşı pozitivdir.

Bu məsələ təxminən 1 aya həll olunacaq. Qapıçı ilə bağlı rotasiyalar həmişə etmişik. Düzdür, Asmir gələndən sonra ehtiyatda olmamışdı. Hər halda, normal, adi dəyişiklikdir".

Digər Xəbərlər
Xəbər Lenti