“Qarabağ” “Bayer”lə oyunda qələbənin bir addımlığında idi.
Ağdamlılar ilk hissədə 2 qol vurmuşdu və ikinci hissədə hesabı qorumaq üçün lazım olanları edirdi.
70-ci dəqiqədə Abdullah Zubirin kobud səhvi olmasaydı, Florian Virtz 70-ci dəqiqədə hesab arasındakı fərqi azaltmayacaq, bəlkə də həmin qoldan ilhamlanıb bərabərlik topunu vura bilməyəcəkdi.
Abdullahın ötürmə zamanı etdiyi səhv, Bədavi Hüseynovla Bəhlul Mustafazadənin komanda yoldaşını sığortalaya bilməməsi vəziyyəti bu həddə çatdırdı.
“Qarabağ”ın “10 nömrə”si Sportinfo.az-a kobud səhvi ilə bağlı danışıb:
“Hər bir futbolçu səhv edə bilər. Bu dəfə həmin səhvi mən etdim.
Virtz həmin an müdafiəçilərimizin arxasındaydı deyə, onu görə bilmədim. Daha doğrusu, görmə bucağımda deyildi.
Topu qəbul edən kimi onu Lunyova ötürmək istəyirdim. Top ayağımdan çıxan kimi Virtzin müdafiənin arxasından qaçdığını gördüm.
Səhv etsəm də, məşqçilərim və komanda yoldaşlarım dəstək verdi. Futbolçular oyundan qopmamağı, tezliklə üçüncü qolu vurub məsələni həll edəcəklərini bildirdilər. O an çox pis olmuşdum”.
Komandalar arasındakı cavab görüşü martın 14-ü “BayArena”da keçiriləcək.
HƏBİB

