Heyətdə ciddi dəyişikliklər edən “Qəbələ” səkkiz futbolçu ilə yollarını ayırıb.
Rüfət Əhmədov, Murad Musayev, İbrahim Sanqare, Adriel Ba Lua, Domi Massumo ilə sözləşmənin müddəti başa çatıb,
Turan Manafov, Sambu Sissoko və Rza Cəfərovla icarə müqaviləsi uzadılmadığı üçün adıçəkilənlər bölgə təmsilçisini tərk edib.
Ötən mövsüm “qırmızı-qaralar”ın əsas “silahlar"ından olan Prins Ovusu da ayrılığın astanasındadır.
Qanalı hücumçu ilə anlaşmanın müddəti 2027-ci ilin yayına qədər olsa da, “Qəbələ” onun transferindən pul qazanmaqda maraqlıdır.
Prinsin özü də yeni macəra axtarışındadır. O, bu niyyətini klub rəhbərliyinə açıq şəkildə bildirib.
Hazırda 20 yaşlı futbolçunun satışı ilə bağlı danışıqlar davam edir. Ovusu ilə maraqlanan klub qəbələlilərin tələb etdiyi məbləği ödəsə, keçiddə problem olmayacaq.
Universallığı ilə seçilən futbolçu ötən mövsüm qırmızı-qara formada meydana çıxdığı 34 oyunda 7 qol və 3 assistlə yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ

