Bu gecə dünya ayaqda olacaq: Haaland-Keyn savaşı, Messi üçün taleyüklü 90 dəqiqə...

Bu gecə dünya ayaqda olacaq: Haaland-Keyn savaşı, Messi üçün taleyüklü 90 dəqiqə...

Bu gecə ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatında 1/4 final mərhələsinin son iki qarşılaşması keçiriləcək.

Futbolsevərlərin diqqəti əvvəlcə Mayamidə Norveç- İngiltərə, daha sonra isə Kanzas-Sitidə Argentina- İsveçrə matçına yönələcək.

Hər iki oyunun qalibi yarımfinalda üz-üzə gələcək və finala gedən yolda həlledici addım atacaq.

WhatsApp Image 2026-07-11 at 16.14.09.jpeg (328 KB)

Norveçli Haaland və ingilis Keynin böyük savaşı saat 01:00-da başlayacaq.

Bu qarşılaşma təsadüfi olaraq 1/4 finalın ən maraqlı dueli hesab edilmir. Bir tərəfdə son illərin ən məhsuldar hücumçularından Erlinq Haaland, digər tərəfdə isə İngiltərə millisinin bombardiri Harri Keyn dayanır.

WhatsApp Image 2026-07-11 at 16.14.09 (1).jpeg (84 KB)

Norveç turnirin ən böyük sürprizlərindən biridir. Skandinavlar əvvəlcə Fil Dişi Sahilini, daha sonra isə favorilərdən Braziliyanı 2:1 hesabı ilə məğlub edərək tarixlərində ilk dəfə dünya çempionatının 1/4 finalına yüksəlib. Haaland isə qol seriyasını davam etdirərək komandasını arxasınca aparan əsas fiqura çevrilib.

İngiltərə əvvəlcə Konqo Demokratik Respublikasını, ardınca dramatik oyunda ev sahiblərindən Meksikanı 3:2 hesabı ilə məğlub edib. Tomas Tuxelin komandası çətin vəziyyətlərdən çıxmağı bacardığını göstərib. Son məlumata görə, cəzalı Carell Kuansa istisna olmaqla, İngiltərə düşərgəsində demək olar ki, bütün futbolçular hazır vəziyyətdədir. Bu cüt ən balanslı qarşılaşmalardan biri hesab edilir. İngiltərə cüzi üstün görünür, lakin Haaland amili matçın taleyini istənilən an dəyişə bilər.

229c98fc-663f-379f-b14e-a985730aceaa_1200.jpg (126 KB)

Argentina-İsveçrə dueli səhər saatlarına doğru - 05:00-da start götürəcək.

Bu görüş Messinin növbəti sınağı olacaq. Son dünya çempionunun Hakan Yakının İsveçrəsi qarşısında işi olduqca çətin olacaq. Lionel Skaloni komandası pley-offda əvvəlcə Kabo-Verdeni, daha sonra isə Misiri dramatik şəkildə 3:2 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Lionel Messi turnirin ən parlaq simalarından biri olaraq qalır və komandasının əsas ümididir.

İsveçrə isə bu mərhələyə qədər çox intizamlı futbol nümayiş etdirib. Əlcəzairi məğlub edən isveçrəlilər 1/8 finalda Kolumbiyanı penaltilər seriyasında mübarizədən kənarlaşdıraraq böyük sensasiyaya imza atıblar. Qranit Caka başda olmaqla təcrübəli heyət Argentinaya ciddi müqavimət göstərmək niyyətindədir. Tarix Argentinanın tərəfindədir. Cənubi amerikalılar İsveçrə ilə keçirdikləri əvvəlki görüşlərdə məğlub olmayıblar və bu səbəbdən favorit yenə də "Albiseleste"dir.

WhatsApp Image 2026-07-11 at 16.14.09 (2).jpeg (132 KB)

Bu oyunlarda diqqət mərkəzində olacaq ulduzlar Norveçdən Erlinq Haaland, Martin Edeqor, Aleksandr Sörlot, İngiltərədən Harri Keyn, Cud Bellinqem, Bukayo Saka, Fil Foden, Argentinadan Lionel Messi, Xulian Alvares, Enso Fernandes, Aleksis Mak Allister, İsveçrədən Qranit Caka, Breel Embolo, Manuel Akanji, Yan Zommer olacaq.

Rej9iG7f5Sv2FqicKpBxlsAENHJlziNCqAVbcrXK_1200.jpg (193 KB)

Yarımfinal yolunda bu gecə keçiriləcək görüşlərin qalibləri iyulun 15-də baş tutacaq yarımfinalda qarşılaşacaqlar. Turnirin digər yarımfinal cütü isə artıq müəyyənləşib. Fransa- İspaniya yarımfinalından uğurla çıxan tərəf böyük ehtimalla mundialın qalibi olacaq. Beləliklə, dünya çempionatında həlledici mərhələ başlayır. Bir tərəfdə Haalandla Keynin bombardir dueli, digər tərəfdə isə Lionel Messinin növbəti dünya çempionluğu yolunda mühüm sınağı futbolsevərlərə yüksək səviyyəli futbol vəd edir.

Bu gecənin nəticələri yalnız yarımfinalçıları deyil, həm də 2026-cı il dünya çempionatının əsas favoritlərini müəyyənləşdirəcək.

Cavanşir Abbaslı

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 16:50 Çək və bizə göndər!