“San Paulo”nun mərkəz müdafiəçisi Azərbaycana gəlib?

13:40 Qəbələ 228
“San Paulo”nun mərkəz müdafiəçisi Azərbaycana gəlib?

“San Paulo”nun müdafiəçisi Mateus Belemin karyerasını Azərbaycanda davam etdirəcəyi demək olar ki, dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.

Bildirilib ki, 23 yaşlı futbolçu yeni mövsümdən “Qəbələ”nin formasını geyinəcək. Klublar arasında artıq anlaşma əldə olunub.

Razılığa əsasən, mərkəz müdafiəçisi “Qəbələ”yə azad agent kimi keçəcək. Lakin bunun qarşılığında Belemin növbəti transferi zamanı ödəniləcək məbləğin 20 faizi “San Paulo”ya çatacaq.

Braziliyalı oyunçunun dünən Azərbaycana yollandığı vurğulanıb. Belem “Qəbələ”də tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti