DÇ-2026-da 1/4 final mərhələsinə yekun vurulub.
Sportinfo.az xəbər verir ki, Argentina İsveçrəyə qalib gəlib.
Kanzas stadionunda keçirilən 1/4 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.
Maçtın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qalib hər biri 15 dəqiqədən ibarət əlavə hissələrdə müəyyənləşib.
Argentinalıların heyətində Aleksis Makallister (10), Xulian Alvares (112) və Lautaro Martines (120+1) fərqləniblər. İsveçrənin tək qolu isə Dan Ndoyedən (67) gəlib.
Argentina seçməsi yarımfinalda İngiltərə ilə qarşılaşacaq.
Argentina - İsveçrə 3:1
Qollar: Aleksis Makallister 10, (1:0), Dan Ndoye, 67 (1:1), Xulian Alvares, 112 (2:1), Lautaro Martinez, 120+1 (3:1)

