“Xeyr-xeyr, mən bu sözü qəbul etmirəm” - “Qarabağ”ın yeni “qol maşını” ilə MÜSAHİBƏ

20:00 Müsahibə 252
“Xeyr-xeyr, mən bu sözü qəbul etmirəm” - “Qarabağ”ın yeni “qol maşını” ilə MÜSAHİBƏ

“Qarabağ”ın yeni transferi Zarakia Savo ilk rəsmi oyunda səviyyəsini ortaya qoydu.

Qambiya əsilli isveçli hücumçu Avropa Liqasında “Vestri” ilə qarşılaşmada 1 qol vurub, 1 qolun ötürməsini verməklə 3:0 hesablı qələbədə mühüm rol oynadı.

Sportinfo.az-a müsahibə verən 26 yaşlı forvard sualları cavablandırıb.

- Sənə “oyunun qəhrəmanı” deyə müraciət edə bilərəm?

- Xeyr-xeyr, bu sözü qəbul etmirəm. Çünki qəhrəman mən yox, bütün komandadır. Nəsə etmişəmsə, bu, məşqçilər heyətinin və futbolçu yoldaşlarımın sayəsində olub.

- Bu cüt atmosferdə qazanılan böyük hesablı qələbədən sonra özünü necə hiss edirsən?

- Məqsədimiz mövsümə uğurlu start vermək idi. Bunu bacardığımıza görə Allaha təşəkkür edirəm. Bakıda ilk oyunum idi. Gördüklərimə əsasən deyə bilərəm ki, azarkeşlərimiz ev oyunlarında əla ab-hava yaratmağı bacarır. Növbəti matçlarda onların dəstəyini hiss etmək xoş olar. Hər birinə təşəkkür edirəm. Hələ yolun başındayıq, davamını gətirməliyik.

- “Vestri” İslandiyanın 2-ci liqasında mübarizə aparsa da, bu gün pis təsir bağışlamadı. Əksəriyyət “Qarabağ”ın 5-6 top fərqi ilə qalib gələcəyini düşünürdü. Bu cür gedişatı gözləyirdiniz?

- İlk növbədə onu deyim ki, komandada yeni futbolçuların sayı çoxdur və bu, bizim yeni mövsümdə ilk rəsmi matçımız idi.Bəlkə də bu səbəbdən müəyyən “axsamalar” olurdu. Digər tərəfdən, “Vestri” ölkə kubokunu qazanıb, yaxşı komandadır. Xüsusən müdafiədə kompakt çıxış etməklə qol buraxmamağa çalışırdılar. Biz isə öz vaxtımızı gözləyib, lazım olan qolları vurmaq istəyirdik. Bəli, 3-nü vurduq, bir o qədərini də vura bilmədik. Birlikdə daha çox oynadıqca daha yaxşı olacağıq.

- Bu nəticədən sonra “Vestri”nin mərhələ adlamaq şansı var?

- Hələ heç nə bitməyib. Boşluqlar versək və oyuna nəzarəti itirsək, özümüzü təhlükəyə atmış olarıq. Dünya futbolunda 0:3 xeyrinə dəyişən çox komandalar olub. Lakin biz bu möcüzəyə imkan verməməliyik.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti