"Qarabağ"ın bütün üzvlərinə minnətdaram, bu kluba təşəkkürüm sonsuzdur”.
Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın ispaniyalı sabiq legioneri Dani Kintana "Canarias 7" nəşrinə açıqlamasında deyib.
37 yaşlı keçmiş yarımmüdafiəçi Ağdam təmsilçisindəki şəraitdən razı qaldığını bildirib:
"Çox düzgün klubdur. Hər matça görə bütün bonusları almışam, maaş problemi yox idi. Onlar çox müasirdirlər, imkanlar inanılmazdır".
Dani Kintana 2015-2020-ci illərdə "Qarabağ"ın formasını geyinib. Dörd dəfə Azərbaycan çempionu olan futbolçu 2 dəfə ölkə kubokunu qazanıb.

