"Qarabağ" marşrutu

11 Mart 2024 12:40 Qarabağ 633
"Qarabağ" marşrutu

Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Bayer 04"ün qonağı olacaq "Qarabağ"ın Almaniyaya səfər proqramı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, "köhlən atlar" martın 12-də, saat 18:15-də Kölnə, oradan isə Leverkuzenə yollanacaq.

Martın 13-də, yerli vaxtla saat 17:00-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, 17:30-da komandanın açıq məşqçi gerçəkləşəcək.

Leverkuzendəki qarşılaşma martın 14-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti