«Braqa» ilə duelin taleyini Nəriman Axundzadə müəyyənləşdirdi.
Avropa Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasının son saniyələrində vurduğu qolla «Qarabağ»ı tarixində ilk dəfə 1/8 final mərhələsinə daşıdı.
«Xəzər Lənkəran»ın yetirməsi Bakıdakı görüşün əlavə vaxtında meydana çıxdı, bir zərbəylə yekun nəticəyə təsir göstərdi.
19 yaşlı hücumçu yaşadığı hissləri İTV-nin əməkdaşı ilə bölüşüb.
O, Portuqaliyada baş tutmuş ilk matçda qaçırdığı qol epizodunu xatırlayıb, aradan ötən bir həftə ərzində öz üzərində işlədiyini, Qurban Qurbanovun etimadını doğrultmaq üçün əlindən gələni etdiyini bildirib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

