Avropa Liqasının "X" hesabı 1/8 final mərhələsində keçirilmiş "Qarabağ" - "Bayer 04" (Almaniya) oyunu ilə bağlı paylaşım edib.
Sportinfo.az xəbər verir ki, Avropa futbol qurumu "köhlən atlar"ın hücumçusu Olavio Juninyonu fərqləndirib.
Postda "Juninyo "Bayer 04" ilə oyunda şou göstərdi" yazılıb və braziliyalı forvardın həmin qarşılaşmdakı məhsuldar ötürməsi və qolu paylaşılıb.
Bakıdakı görüş heç-heçə (2:2) yekunlaşıb. Leverkuzendəki cavab matçı martın 14-də reallaşacaq.

