“Qarabağ” yaxşı kollektivə sahibdir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Bayer”in hücumçusu Qranit Çaka deyib.
İsveçrəli forvard Avropa Liqasının 1/8 final mərhələsində rəqib olduqları “köhlən atlılar”ın üstün keyfiyyətlərindən söz açıb. O, Bakıda qeydə alınan 2:2 hesablı nəticədən məmnunluğunu gizlətməyib:
“Onların texniki imkanları yüksək olan futbolçuları var. Təkbətək mübarizələrdə təhlükə yaratmağı bacarırlar.
Bilirdik ki, doğma azarkeşlərinin önündə aqressiv oynayacaqlar. Belə komandalara qarşı oynamaq asan deyil.
Bizi Bakıda nələrin gözlədiyini öncədən təxmin etmişdik. İlk hissəni göz önünə gətirsək, sonluğa görə sevinməyə dəyər”.

