“Qarabağ”dan XOŞ XƏBƏR

11 Mart 2024 09:00 Qarabağ 752
“Qarabağ”dan XOŞ XƏBƏR

"Qarabağ"ın qolçusu Olavio Juninyonun Avropa Liqasının 1/8 finalında "Bayer"lə cavab matçında meydana çıxacağı gözlənilir.

Sportinfo.az xəbər verir ki, Leverkuzen təmsilçisi ilə ilk görüşdə sıradan çıxan hücumçunun zədəsi ciddi deyil.

Baş məşqçi Qurban Qurbanovun şans verəcəyi təqdirdə forvard cavab matçında oynaya biləcək.

Juninyo “Bayer”lə ilk matçda 1 qol vurub və 1 qolun ötürməsini edib.

Həmçinin pley-offda "Braqa" ilə cavab görüşündə qırmızı vərəqə alan Elvin Cəfərquliyevin və sarı vərəqə limitini aşan Julio Romaonun da cəzası yekunlaşıb.

Sözügedən futbolçular da "Bayer"lə səfər matçında meydana çıxa bilərlər.

"Bayer" - "Qarabağ" oyunu martın 14-də Leverkuzendə keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında ilk qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti