Robert Prosineçki Azərbaycan klubundan 2 nəfərə dəvət göndərdi

11 Mart 2024 09:20 Qarabağ 679
Robert Prosineçki Azərbaycan klubundan 2 nəfərə dəvət göndərdi

“Qarabağ”ın legionerləri Marko Vesoviç və Marko Yankoviç Monteneqro millisinə dəvət alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Monteneqro Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Onlar millinin baş məşqçisi Robert Prosineçkanın 25 futbolçudan ibarət genişləndirilmiş siyahısına daxil ediliblər.

Hər iki futbolçu Antalyadakı toplanışda iştirak edəcək və Belarus (21 mart) və Şimali Makedoniya (25 mart) ilə yoldaşlıq görüşlərində oynayacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti