“Qarabağ” bir səhvin izi ilə...

8 Mart 2024 22:20 Qarabağ 950
“Qarabağ” bir səhvin izi ilə...

Hər şey gözəl başlamışdı…

Möcüzəyə bir şey qalmamışdı…

60 dəqiqə meydanda bir komanda vardı, onun adı «Qarabağ» idi…

Xabi Alonso Bakı səfərinin gəzinti xarakteri daşımayacağını daha əvvəl bilmiş və görmüşdü. O, sadəcə, «Qarabağ»ı belə təsəvvür etməmişdi.
İspaniyalı baş məşqçi bir neçə rotasiyaya əl atdı.

Bu isə «Bayer»i birinci hissədə tanınmaz etdi.

«Qarabağ» almanların mühərrik kimi işlək görməyə adət elədiyimiz oyun intizamını tez pozdu, xeyli təhlükəli epizod yaratdı, iki qol vurdu.

Bu, mümkün qol həddinin minimumu idi. İki nədir, daha üç-dörd əla fürsət qonaqlara bağışlandı.

Alonso fasiləyədək başa düşdü ki,

əsas heyətdə dəyişiklik etməklə səhvə yol verib. Xətanı aradan qaldırmaq üçün 12-14 dəqiqə vaxtı oldu, onu da elədi.

5-3-2 sxeminə keçdi, sonra da əvəzetmələrlə tablodakı rəqəmləri cütləşdirdi.

Halbuki «Qarabağ» ikinci hissəyə də əla başlamış, Juninyo və Zubirlə fərqi artırmağa yaxın olmuşdu.

Kaş ki, Abdulla Zubir o səhvi etməyə, topu mərkəz zonadan qapı istiqamətinə göndərməzdi.

Son vaxtlar çox təriflədiyimiz fransalı vingerin yanlışı «Bayer» üçün göydəndüşmə oldu. Psixoloji anlamda rolların dəyişməsi prosesi sürətləndirdi.

Hər bir halda Yankoviçin hərəkəti «Qarabağ»ın qələbəyə inamını azaltdı.

Bunun də üstünə fiziki yorğunluğu gəlsək… Sonuc bəlli.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti