"Bayer"in oyunçusundan "Qarabağ" etirafı: "Möhtəşəm oyun sərgilədilər"

8 Mart 2024 14:20 Qarabağ 1 142
"Bayer"in oyunçusundan "Qarabağ"  etirafı: "Möhtəşəm oyun sərgilədilər"

"Qarabağ" matça çox yaxşı hazırlaşmışdı, hətta qələbə qazana da bilərdilər".

Sportinfo.az xəbər verir ki, bunu Avropa Liqasının 1/8 final mərhələsində keçirilən "Qarabağ" - "Bayer" matçından sonra qonaqların yarımmüdafiəçisi Florian Virtz almaniyalı jurnalistlərə açıqlamasında bildirib.

Almaniya millisinin üzvü Ağdam təmsilçisinin çox inamlı oynadığını vurğulayıb:

"Qarabağ" ilk hissədə möhtəşəm oyun sərgilədi. Layiq olduqları 2 qolu vurdular.

İkinci hissədə şanslarımızdan istifadə etdik. Son dəqiqələrdə qələbə qolunu da vura bilərdik".

"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə (2:2) edib. Komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti