Qurban Qurbanov Bakıya qayıdan kimi dedi: "Söz sahibi o idi, qərar belə verildi" - VİDEO

15 Mart 2024 15:50 Qarabağ 2 759
Qurban Qurbanov Bakıya qayıdan kimi dedi: "Söz sahibi o idi, qərar belə verildi" - VİDEO

“İngilis hakiminə yaraşmayan qırmızı vərəqə oldu”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8 finalında “Bayer”ə (2:3) məğlubiyyətdən sonra hava limanında jurnalistlərin sualına cavab olaraq deyib.

“Epizodlara baxdım. İngilis hakimə yaraşmayan "qırmızı" oldu.

Bəlkə də bunu İngiltərə Premyer Liqasında cərimə zərbəsi kimi qiymətləndirməzdilər. Amma söz sahibi o idi və qərar belə verildi.

Oyundan sonra heç kimə etiraz bildirmək düzgün olmazdı. Hər kəs fərqli emosiyada idi. Futbolçularım diqqətli olmalıdır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti