"Qarabağ" arzuların ardınca Almaniyaya yollandı - FOTOLAR

12 Mart 2024 19:20 Qarabağ 1 050
"Qarabağ" arzuların ardınca Almaniyaya yollandı - FOTOLAR

Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Bayer"in qonağı olacaq "Qarabağ" bir qədər əvvəl Almaniyaya yollanıb.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi əvvəlcə Kölnə, oradan isə Leverkuzenə yollanacaq.

Martın 13-də, yerli vaxtla saat 17:00-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, 17:30-da komandanın açıq məşqçi olacaq.

Leverkuzendəki qarşılaşma martın 14-də keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında Bakıdakı ilk matç 2:2 hesabı ilə başa çatıb.

arzularin-ardinca











Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti