"Qarabağ"ın legioneri bu ölkənin millisinin yekun heyətinə salındı

12 Mart 2024 17:40 Qarabağ 1 064
"Qarabağ"ın legioneri bu ölkənin millisinin yekun heyətinə salındı

"Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiya millisinin iki yoldaşlıq oyunu üçün yekun heyətinə çağırılıb.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı qolkiper 28 oyunçudan ibarət siyahıya daxil edilib.

Yığmanın təlim-məşq toplanışı 14-15 martda olacaq. Komanda martın 21-də Serbiya, 25-də isə Paraqvayla üz-üzə gələcək. Hər iki görüş paytaxt Moskvada gerçəkləşəcək.

Martın 1-də açıqlanan ilkin heyətdə 38 futbolçu yer alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti