“Qarabağ” bu gün çarter reysi ilə Almaniyaya gedir

12 Mart 2024 14:20 Qarabağ 773
“Qarabağ” bu gün çarter reysi ilə Almaniyaya gedir

“Qarabağ”ın Avropa Liqasında “Bayer”lə Leverkuzendə keçiriləcək cavab oyunu üçün planları müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün saat 18:15-də çarter reysi ilə Kölnə uçacaq.

Oradan isə avtobusla Leverkuzenə yollanacaqlar.

Sabah Bakı vaxtı ilə saat 20:00-da Qurban Qurbanov mətbuat konfransına başlayacaq, yarım saat sonra isə komanda "Bay Arena"da yekun məşqə çıxacaq.

“Bayer" - "Qarabağ" oyunu martın 14-də keçiriləcək və görüşə Bakı vaxtı ilə 00:00-da start veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti