UEFA "Qarabağ"ı ingiltərəli məşhura ƏMANƏT ETDİ

12 Mart 2024 13:20 Qarabağ 848
UEFA "Qarabağ"ı ingiltərəli məşhura ƏMANƏT ETDİ

Almaniyada "Bayer 04" və "Qarabağ" arasında keçiriləcək Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununun təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Entoni Teylora Qari Besuik və Adam Nann kömək göstərəcək. Dördüncü hakim funksiyasını Endryu Medli yerinə yetirəcək.

VAR-da Stüart Attuell, AVAR-da Carred Qavan Cillett (Avstriya) əyləşəcək.

Leverkuzendəki qarşılaşma martın 14-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti