"Qarabağ"ın hansı futbolçusu Türkiyə klubunun transfer siyahısındadır?

13:20 Qarabağ 186
"Qarabağ"ın hansı futbolçusu Türkiyə klubunun transfer siyahısındadır?

"Qarabağ"ın legioneri Emmanuel Addaiyə Türkiyə Superliqasından maraq var.

Sportinfo.az "Bbnhaber"ə istinadən xəbər verir ki, qanalı yarımmüdafiəçini "Konyaspor" heyətinə cəlb edə bilər.

Xəbərdə bildirilib ki, yeni baş məşqçi Çağdaş Atan sol cinah üçün iki oyunçunu nəzərdən keçirir. Konya təmsilçisi ilk növbədə "Eyyüpspor"dan Prins Ampemi heyətə cəlb etmək istəyir.

Qanalı yarımmüdafiəçi "Konyaspor"un ən çox maraqlandığı adlardan biridir. "Eyüpspor"da üçüncü mövsümünü keçirən oyunçu İstanbul klubunda 84 matça 17 qol vurub və 6 məhsuldar ötürmə edib.

Əgər Ampemin transferi baş tutmasa, "Konyaspor" diqqətini Azərbaycana yönəldəcək.

Xəbərdə bildirilib ki, Avropadakı uğurlu çıxış ilə diqqətləri cəlb edən "Qarabağ"ın cinah oyunçusu "Konyaspor"un transfer siyahısındadır.

24 yaşlı Addai bu mövsüm "Qarabağ"da 28 oyuna çıxıb və 4 qolub. Onun Ağdam klubu ilə mövsümün sonuna qədər müqaviləsi var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Yanvar 08:20 "Neftçi"nin kefi kökəldi