Adı Avropa klubları ilə yanaşı hallanan “Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski yeni əməkdaşlığa başlayıb.
25 yaşlı kiper Polşanın tanınmış agent şirkətlərindən biri ilə müqavilə bağlayıb.
“Fabrika Futbolu” adlı şirkət sosial şəbəkə hesabında Koxalskinin təqdimatını bu sözlərlə izləyicilərinə çatdırıb:
“Beynəlxalq arenalarda öz brendini yaratmaqda olan Mateuş Koxalski “FF”lə əməkdaşlığa başlayır.
Koxalski 2023/24 mövsümündə Ektraklassanın ən yaxşı qapıçısı seçilib, AÇ-2024-də Polşa millisinə dəvət olunub, Azərbaycanın qiqantı “Qarabağ”ın heyətində Çempionlar Liqasında və Avropa Liqasında öz sözünü deməkdədir.
Koxa, futbol fabrikinə xoş gəlmisan!”
Maraq üçün bildirək ki, “Qarabağ” forması ilə avrokuboklarda xoş təsir bağışlayan qapıçıın adı son aylarda Dortmund “Borussiya”sı ilə yanaşı çəkilir.
Hətta Almaniya nəhənginin ona görə ”Qarabağ”a rəsmi müraciət etdiyi bildirilir.
HƏBİB / SPORTİNFO.AZ

