Türkiyə klubu "Qarabağ"ın maraqlandığı müdafiəçiyə təklif göndərdi

18 Yanvar 01:00 Qarabağ 2 316
Türkiyə klubu "Qarabağ"ın maraqlandığı müdafiəçiyə təklif göndərdi

"Kasımpaşa" İsveçin "Myöllbü" klubuna Abdullah İqbal üçün təklif göndərib.

Sportinfo.az xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb.

"Kasımpaşa" 23 yaşlı müdafiəçini transfer dönəminin sonuna qədər heyətinə qatmaq niyyətindədir.

"Myöllbü" sərfəli təklif gələcəyi təqdirdə pakistanlı oyunçusunu satmağa hazırdır.

Abdullah İqballa "Qarabağ", "Kolambus Krü" (ABŞ), "Ferentsvaroş" (Macarıstan) və "Gent" (Belçika) klubları da maraqlanır.

Onun "Myöllbü" ilə müqaviləsinin müddəti 2028-ci ilin sonuna qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti