Antalyada təlim-məşqt toplanışında olan "Qarabağ" 2 yoxlama oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun komandası əvvəlcə Xorvatiya təmsilçisi "Osiyek"lə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.
Bakı vaxtı ilə saat 12:00-da başlayan oyunda "Qarabağ"ın qollarını Musa Qurbanlı, Aleksey Kaşuk və Abbas Hüseynov vurub.
"Osiyek" hazırda Xorvatiya çempionatında 18 turdan sonra 14 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.
Ağdam təmsilçisi 2-ci matçını isə Polşanın "Zaqlebye" klubuna qarşı keçirib. Bu görüş isə 19:00-da start götürüb və Qurban Qurbanovun komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Qarabağ"ın heyətində Leandro Andrade (6), Abdullah Zubir (56) və Joni Montiel (69) fərqləniblər.
"Zaqlebye" hazırda Polşa çempionatında 18 turdan sonra 28 xalla 5-ci pillədədir.
"Qarabağ" ilk yoxlama matçında Özbəkistan təmsilçisi "Neftçi"ni 5:0 hesabı ilə məğlub etmişdi.

