"Qarabağ"ın xoşuna gələn hücumçu məşhur klubun yolunu tutdu

16 Yanvar 22:40 Qarabağ 384
"Qarabağ"ın xoşuna gələn hücumçu məşhur klubun yolunu tutdu

"Qarabağ"ın transfer hədəflərindən olan "Selye"nin (Sloveniya) qolçusu Franko Kovaçeviç karyerası ilə bağlı qərarını verib.

Sportinfo.az Şotlandiya mətbuatına istinadən xəbər verir ki, xorvatiyalı hücumçu "Seltik"lə razılıq əldə edib.

SQlazqo təmsilçisi 26 yaşlı oyunçu üçün "Selye"yə 2,5 milyon avro ödəyəcək. Keçidin yaxın müddətdə ictimaiyyətə rəsmən açıqlanacağı gözlənilir.

Kovaçeviçin "Seltik"lə yanaşı "Qarabağ", "Ferentsvaroş" (Macarıstan), "Levski Sofiya" (Bolqarıstan) və "Legiya Varşava" (Polşa) klublarından da təklifi olub.

Franko Kovaçeviç 2025-ci ilin yayında Almaniyadan - "Veen Visbaden"dan 500 min avro qarşılığında "Selye"yə keçib. O, cari mövsüm ərzində meydana çıxdığı 28 oyunda 25 qol müəllifi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Yanvar 17:30 Çək və bizə göndər!
16 Yanvar 17:20 Daha bir transfer - FOTO
16 Yanvar 08:20 AFFA-nı aldatmaq olar?