Qurban Qurbanov “Qarabağ”da iki yeni oyunçu qazandırdı - FOTOLAR

20:20 Qarabağ 176
Qurban Qurbanov “Qarabağ”da iki yeni oyunçu qazandırdı - FOTOLAR

"Qarabağ" Antalya toplanışı çərçivəsində bu gün Xorvatiyanın "Osiyek" klubu ilə yoxlama matçı keçirib.

Sportinfo.az xəbər verir ki, 3:1 hesablı qələbə qazanan Ağdam klubunun heyətində iki gənc oyunçu debüt edib.

Söhbət 15 yaşlı yarımmüdafiəçi Əli Bəşirov və 19 yaşlı hücumçu Bəhruz Qurbanlıdan gedir. Hər iki oyunçu matçın ikinci hissəsində meydana daxil olub.

Əli Bəşirov "Qarabağ"ın U-19, Bəhruz Qurbanlı isə əvəzədici komandasının üzvüdür. Onlar ilk dəfə əsas komandaya cəlb edilərək Antalya toplanışına aparılıb.





Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti