"Qarabağ"ın uzun müddətdir transfer etmək istədiyi hücumçudan YENİ XƏBƏR - FOTO

01:00 Qarabağ 188
"Qarabağ"ın uzun müddətdir transfer etmək istədiyi hücumçudan YENİ XƏBƏR - FOTO

Uzun müddətdir ki, "Qarabağ"ın transfer siyahısında olan “Akademika de Vizeu"nun hücumçusu Andre Klovis ölkənin ikinci liqasında ayın ən yaxşıSI seçilib.

SportİNFO.az "O Jogo"ya istinadən xəbər verir ki, 28 yaşlı braziliyalı səslərin 22,22 faizini toplayıb və bu, ona rəqibləri ilə mübarizədə xeyli üstünlük qazandırıb.

Klovisin ardıcıl üçüncü dəfə ən yaxşı seçilib. O, əvvəllər eyni mükafatı oktyabr və noyabr aylarında qazanmışdı. Hazırda Andre 12 qolla bombardirdir.

"Qarabağ" ötən yaydan bəri braziliyalı mərkəz hücumçu ilə müqavilə imzalamaqda maraqlıdır. Lakin onun klubu yüksək məbləğ tələb edir.

Buna baxmayaraq, “Qarabağ”ın Klovisin transferi üçün danışıqları davam etdirdiyi bildirilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Yanvar 17:30 Çək və bizə göndər!
16 Yanvar 17:20 Daha bir transfer - FOTO
16 Yanvar 08:20 AFFA-nı aldatmaq olar?