“Qarabağ”ın sabiq hücumçuzu Olavio Juninyo qazandığı kubokları ayağına döymə etdirib.
Sportinfo.az xəbər verir ki, videonu Braziliyanın “Lance” nəşri yayıb.
Bu döymələr arasında Braziliya çempionluğu kuboku, Libertadores kuboku, Azərbaycan çempionluğunun kuboku da var.
Bugünlərdə Meksikaya yollanan və “Pumas”la müqavilə imzalayan “sambaçı” 2023-cü ilin yayından 2024-cü ilin dekabrın sonuna qədər “Qarabağ”da oynayıb.
Bu müddətdə o, Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub.
“Köhlən atlar” adıçəkilən forvardı 2024-ci ilin yanvarında 5 milyon qavro qarşılığında “Flamenqo”ya satıb.

