“Bu mövsüm "Qarabağ" üçün sensasiyalı alındı, daha da irəli gedə bilərlər”

15 Yanvar 22:40 Qarabağ 119
“Bu mövsüm "Qarabağ" üçün sensasiyalı alındı, daha da irəli gedə bilərlər”

Hazırda Antalyada təlim-məşq toplanışında olan FCSB Azərbaycanın çempionu “Qarabağ”la eyni idman kompleksində məskunlaşıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Rumıniyanın sport.ro saytı məlumat yayıb.

Çempionlar Liqasının bu mövsümündə uğurlu çıxışı ilə diqqət çəkən Ağdam təmsilçisi ötən mövsüm Avropa Liqasında Rumıniya klubuna uduzmuşdu.

FCSB-nin hücumçusu Daniel Bırlidja (Daniel Bîrligea) “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışını yüksək qiymətləndirib.

O, Azərbaycan çempionunun əsas mərhələyə yüksəlməsini və ilk 6 oyunda topladığı 7 xalı xüsusi qeyd edib:

“Onlarla çox danışmamışıq, amma düşünürəm ki, məşqçilər arasında ünsiyyət olub.

Bu il Çempionlar Liqasında etdiklərini hamımız gördük. "Qarabağ"ı təbrik edirik. Mövsüm onlar üçün sensasiyalı alındı və inanıram ki, daha da irəli gedə bilərlər”, – deyə o bildirib.

“Qarabağ” və FCSB bir il əvvəl Avropa Liqasının əsas mərhələsində üz-üzə gəlmişdi. Bakıdakı oyunda Rumıniya çempionu 3:2 hesablı qələbə qazanmışdı.

Həmin görüşdə Adrian Şut dubla imza atmış, David Mikulesku isə bir qol vurmuşdu. Qolların hamısı künc zərbələrindən sonra qeydə alınmışdı.

Bu mövsüm də komandaların Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində qarşılaşmaq ehtimalı var idi. Lakin FCSB “Şkendiya”ya uduzaraq mübarizəni dayandırdı və Avropa Liqasına yuvarlandı.

Digər Xəbərlər
Xəbər Lenti
15 Yanvar 18:10 Çək və bizə göndər!
15 Yanvar 09:40 "Qarabağ"dan YENİLİK